Cənubi Koreya Silahlı Qüvvələri Şimali Koreya ilə sərhəddə yerləşən “neytral bölgə” adlandırılan ərazilərin yaxınlığında hərbi təlimlərə start verib.
Teleqraf.com xəbər verir ki, təlim keçirilən ərazilərə çox sayda canlı qüvvə və hərbi texnika cəlb olunub.
Məşqlərdə tanklar və digər hərbi texnikalar sınaqdan keçirilib. Ötən həftə Cənubi Koreya sərhədlərindən Şimali Koreya rejiminə qarşı əks-təbliğat xarakterli braşür və şarların göndərilməsi tərəflər arasında gərginliyi artırmışdı.
Rəsmi Pxenyanın buna cavabı sərt olmuşdu. Şimali Koreya ordusu iyunun 16-da Cənubi Koreyanın sərhəd xəttində - Xesonqda yerləşən rabitə ofisini bombalamışdı. Cənubi Koreya hökumətindən verilən açıqlamada isə bu addımın bir daha təkrarlanacağı halda, sərt qərarların tətbiq olunacağı bildirilmişdi.