Türkiyədə ermənilərin qondarma soyqırım iddialarına qarşı mübarizə bir mərkəzdə cəmləşdiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə qərar Türkiyə Prezidentinin Ali Məşvərət Şurasının ötən günlərdə keçirilən iclasında qəbul olunub.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda qondarma erməni soyqırımı ətrafında müzakirə aparılıb.
İclasda bildirilib ki, saxta iddialarını dünyaya “soyqırım” kimi qəbul etdirə bilməyən ermənilər strategiyanı dəyişərək, bunu beynəlxalq ictimaiyyətə “bəşəri cinayət” kimi tanıtdırmağa çalışırlar.
İclasda ermənilərin qondarma iddialarına qarşı mübarizəni vahid mərkəzdən aparmaq məqsədi ilə müvafiq qurum yaradılmasına qərar verilib.