23 İyun 2020 10:50
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraqda Hakurkdan Haftaninə çatan Türk ordusu qərbdə ən kritik nöqtə olan Ovaköyə doğru irəliləyir. Ovaköy - terror şəbəkəsinin cənubdakı Fişhabur və Sincar vasitəsi ilə Suriyadan keçən dəhlizinin kəsilməsi baxımdan strateji obyekt hesab olunur.

Teleqraf.com xəbər verir ki, Türk Silahlı Qüvvələri (TSK) “Pençe-Qaplan” və “Pençe-Qartal” əməliyyatları ilə PKK terrorçularının Sincarla əlaqəsini qapatmağı hədəfə alıb.

Mülki insanların sıx yaşadığı Haftanin bölgəsində iki gün əvvəl TSK-nin quru qoşunları əməliyyat keçirib.

İraqın şimalında ən ucqar Hakrukda başladılan əməliyyat Sincar əyalətinə doğru genişləndirilir.

Türk Milli Kəşfiyyat İdarəsinin (MİT) məxfi kəşfiyyat məlumatlarına əsasən, Sincarda yeni Qəndil təşkilatlanması ehtimalı var və buna görə başladılan əməliyyat PKK terror təşkilatının Sincar üzərindən Suriya ilə təmaslarını kəsməyi hədəfləyir. Hazırda əməliyyat qərbdəki Ovaköy istiqamətində aparılır. Haftanın və Sinat bölgələrinin ardından Türkiyə-İraq sərhədindəki bu xətdə terror sızıntılarına qarşı nəzarət gücləndiriləcək.

Bu bölgənin terrorçulardan təmizlənməsi İraqın şimalından Suriyanın şimalına gələn dəstək təhdidinin qarşısını almaq üçün kritik əhəmiyyət daşıyır.

Bu istiqamətdə terrorla mübarizə davam edərkən digər tərəfdən ticarət yolları üçün sürətli işlərə başlanılıb. TSK “Pençe” əməliyyatı ilə terrorçulardan təmizlənən Çukurça-Duhoku bağlayacaq. Üzümlü sərhəd-keçid məntəqəsinin fəaliyyətini bərpa etməsi üçün isə İraq və Türkiyə tərəfindən işlərə başlanılıb.

Türkiyə tərəfindən Çukurça-Üzümlü arasında 15 kilometr, İraq tərəfindən Üzümlü-Duhok arasında isə 160 kilometrlik yolun çəkilməsi planlaşdırılır. Bu arada Üzümlü gömrük məntəqəsinin özü də modern üslubda təmir ediləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər