Venesuela dövlət başçısı Nikolas Maduro ABŞ Prezidenti Donald Trampla görüşə hazır olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Venesuelanın rəsmi informasiya agentliyi olan “AVN”ə müsahibəsində bildirib.
Trampın onunla görüşə biləcəyini deyən Maduro 2015-ci ildə ABŞ-ın vitse-prezidenti olmuş Co Baydenlə görüşünü də xatırlayıb:
“Cavabım budur ki, Baydenlə qarşılıqlı hörmətə əsaslanan və uzun bir vaxt aparan görüşüm oldu, indi də həmin şəkildə Trampla görüşə bilərəm”.
Qeyd edək ki, ABŞ Prezidenti ötən gün verdiyi açıqlamada Venesuela dövlət başçısı ilə görüşə hazır olduğunu demişdi.