23 İyun 2020 12:36
1 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa və Tunis Liviyada tərəflərin atəşkəs əldə etməsini və regionda təhlükəsizliyi təmin etmək, BMT çərçivəsində müzakirələrə yenidən başlamaq üçün öhdəliklərin yerinə yetirilməsini istəyir. Liviyada xarici müdaxilələrə son qoyulmalıdır. Türkiyənin Liviyada təhlükəli oyun oynadığını Prezident Ərdoğana açıq şəkildə demək fürsətim oldu. Türkiyənin Liviyada təhlükəli oyun oynadığını və bu oyunun Berlin konfransının şərtlərinə əks olduğunu düşünürəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Liviya haqqında danışarkən deyib.

Fransa prezidenti əlavə edib ki, Prezident Donald Trampla telefon müzakirəsi zamanı da bu məqamları ona deyib.

Makron əlavə edib ki, Fransa Aralıq dənizinin təhlükəsizliyinə əhəmiyyət verir:

“Türkiyənin bütün şərtlərin əleyhinə gedərək və bir çox Avropa ölkəsinin maraqlarını çeynəyərək, Liviya hökuməti ilə razılaşmalar əldə etməsi, Cənubi Kipr Respublikasının suverenliyinə hörmət etməməsi və Liviyada apardığı siyasət beynəlxalq hüquqa ziddir. Türkiyə NATO müttəfiqi olaraq gözləniləni etmir. Onların etdikləri avropalı olaraq bizim hədəflərimizə ziddir. Türkiyənin Liviyada oynadığı rolu qəbul etmirik”.

Makron bildirib ki, Liviyanın gələcək aylarda Suriyanın vəziyyətinə düşməsini istəmir"

"Tunis və Misirə qarşı məsuliyyətləri olduğunu qeyd edən prezident əlavə edib ki, Misir lideri Əbdülfəttah Sisinin Liviya sərhədlərinə hərbçilər göndərməsi narahatlığı başadüşüləndir”.


Müəllif: Cavad

Oxşar xəbərlər