Fransa hakimiyyəti ilə uzun sürən mübarizədən sonra 48 yaşlı Elizabet Lorens öz oğulluğu 45 yaşlı Erik Holderlə ailə qurub.
ANS PRESS-in məlumatına görə, toy oktyabrın 5-i Fransanın Dabo kəndindəki kilsədə olub. Lorensin sözlərinə görə, o, keçmiş əri - Holderin atası ilə 1989-cu ildə tanış olub. 1997-ci ildə isə onların qızı dünyaya gəlib.
2003-cü ildə cütlük ailə qursa da, 3 il sonra ayrılıblar. Bu ayrılıq cütlüyün qızına pis təsir edib. Qadının sözlərinə görə, məhz o zamanlar Erik ona və ögey bacısına böyük dəstək olub. Bu zamanlar Eriklə analığı arasında olan isti münasibətlər sevgi romanına çevrilib.
Onlar ailə qurmaq istəyəndə isə Fransa qanunvericiliyinin maneəsinə rast gəliblər. Belə ki, ölkə qanunvericiliyi bu cür əlaqələri qadağan edir. Bununla belə, cütlük yerli məhkəmədən öz xeyirlərinə qərar qəbul edilməsinə nail olublar.
Sonda Lorens əlavə edib ki, ailənin bütün üzvləri, hətta keçmiş həyat yoldaşı da onların bu əlaqəsini dəstəkləyib.