Suriyanın xarici işlər naziri Vəlid əl-Muallim Əsəd rejiminin Liviyadakı böhranın həlli üçün Misirin bu ölkəyə müdaxilə planına dəstək verdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, suriyalı diplomat bölgədə təhlükəsizliyin təmin olunması üçün bunun önəmli olduğunu deyib.
“Misiri dəstəkləyirik. Misir ərəb dünyasında təhlükəsizliyi təmin etmək istəyir”.
Liviyanın yerli media qurumları isə Əsəd rejiminin qiyamçı Haftar ordusunu dəstəkləmək üçün bu ölkəyə muzdlu qüvvələr göndərdiyini açıqlayıb.
Əlavə edək ki, Misir Prezidenti Əbdülfəttah əl-Sisi bir müddət əvvəl Liviyada hərbi əməliyyatlara başlaya biləcəklərini açıqlamışdı. Sisinin bu açıqlaması Türkiyə və rəsmi Tripolinin etirazına səbəb olub.