23 İyun 2020 22:53
3 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Baş katibi Yens Stoltenberq Aralıq dənizin şərqində Fransa və Türkiyənin döyüş gəmiləri arasındakı gərginlikdən danışıb.

Teleqraf.com xəbər verir ki, baş katib ittifaqa üzv dövlətlər arasındakı fikir ayrılıqlarının fövqəladə hal olduğunu bildirib.

“Hər iki tərəfin baş verən hadisə haqda fərqli fikirləri var. NATO olayın təfərrüatını dəqiqləşdirmək üçün araşdırma aparır. Ancaq NATO üzvləri Rusiyanın Liviyadakı hərbi nüfuz dairəsinin artmasından narahat olmalıdır”, - Stoltenberq deyib.

Stoltenberq Fransa, Türkiyə və digər NATO üzvlərini Rusiyanın bölgədəki hərbi fəaliyyətlərina diqqət etməyə çağırıb.

Baş katib qeyd edib ki, Rusiyanın Liviyadakı hərbi qüvvələrinin sayının artması NATO-nu narahat etməyə başlayıb: “Vəziyyət yaxından izlənilməlidir, kəşfiyyat məlumatları paylaşılmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər