“Fransa Prezidenti Makronun ölkəmizin BMT qərarları çərçivəsində Liviyanın legitim hökumətinə dəstək verməsini “təhlükəli oyun” adlandırmasını yalnız ağıl problemi ilə əlaqələndirmək olar”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
“Hörmətli Makron yaddaşını yoxlasa, bu gün Liviyada ortaya çıxan böhranın Fransanın da dəstəklədiyi Haftarın hücumlarından qaynaqlandığını xatırlaya bilər. Onların dəstək verdiyi Haftar Moskva və Berlində atəşkəs anlaşmasını imzalamaqdan imtina etmişdi. İllərdir qeyri-legitm qüvvələrə dəstək verməklə Liviyada xaos yaradan və ən təhlükəli oyunu oyanayan Fransanın özüdür”, - Aksoy bildirib.
Türk diplomat Fransanı Liviya və Aralıq dənizinin şərqində gərginliyi artırmaqda ittiham edib: “Fransanı bölgənin təhlükəsizliyini riskə atan addımlardan çəkinməyə çağırırıq”.