Rusiyanın Omsk şəhərində sürətli qəbir qazma üzrə müsabiqə keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Nekropol” mərasim sərgiləri təşkilatı bildirib.
Müsabiqə mərasim agentlikləri forumu çərçivəsində baş tutacaq. Əvvəlcə müsabiqənin Vladivostok şəhərində keçirilməsi planlaşdırılsa da, təşkilati məsələlərlə əlaqədar onun yeri başqa şəhərə keçirilib.
Müsabiqənin qaydalarında qazılacaq qəbrin ölçüsü və dərinliyi qeyd olunacaq.
Tədbirin keçirilməsi avqust ayına planlaşdırılsa da, hələlik yekun tarix açıqlanmayıb.