Türkiyədə bu gündən etibarən tibbi maska taxmaq və sosial məsafəni gözləmək şərtilə bütün məscidlərdə camaat namazının qılınmasına başlanılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Dini İşlər üzrə İdarəsinin sədri Əli Ərbaş sosial şəbəkədə yazıb.
O, sabahdan etibarən məscidlərdə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanın aradan qaldırılacağını bəyan edib.