24 İyun 2020 10:33
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Baş naziri Skott Morrison hesab edir ki, əgər dövlətlər qadağaları aradan qaldırsalar, yoluxma sayında artım davam edəcək

Teleqraf.com xəbər verir ki, “Guardian” qəzetinin avstraliyalılar arasında keçirdiyi sorğunun nəticələrinə görə, onlar COVID-19 pandemiyasının ikinci dalğasını gözləyirlər. Sorğu iştirakçılarının yalnız 13 faizi bu ehtimalın olmayacağına inandığını bildirib.

Sorğuya əsasən, avstraliyalılar normal həyata tezliklə qayıdacaqlarına inanmırlar. Onların işsizlik barədə də rəyləri ürəkaçan deyil. Respondentlərin 70 faiz işsizliklə bağlı vəziyyətin düzəlməsi üçün bir il vaxt lazım olacağı qənaətindədir. Avstraliyanın Statistika Bürosu aprel-may aylarında 227 min insanın iş yerlərini itirdiyi barədə məlumat yayıb.

Qəzet yazır ki, COVID-19 xəstələrinin sayında artım Viktoriya ştatında tətbiq edilən fövqəladə halın yenidən və ən azı 4 həftə uzadılmasına səbəb olub. Baş Nazir qeyd edib ki, əgər dövlətlər qadağaları aradan qaldırsalar yoluxma sayında artım davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər