Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı radikal “Taliban” hərəkatı yaraqlılarının hücumu nəticəsində həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Tolo News” telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Hücum ölkənin şimal-qərbindəki Baqdis əyalətində baş verib. Telekanalın məlumatına görə, daha 5 asayiş keşikçisi yaralanıb. Toqquşmaların iki saatdan çox davam etdiyi qeyd olunur.
Bundan əvvəl təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı Pasaband əyalətində edilən hücum nəticəsində həyatını itirmişdi.