Avstraliyada tükürpədici hadisə baş verib.
Brisbane şəhərində dəhşətli cinayətin üstü açılıb.
28 yaşlı indoneziyalı kişi həyat yoldaşını öldürüb. Lakin onun ürəyi bununla soyumayıb. Arvadını qətlə yetirən şəxs daha sonra onu parçalayıb və ətini qazanda bişirib.
Hadisə barədə polisə qonşular məlumat veriblər. Belə ki, onlar mənzildən üfunət qoxusu gəlməsindən şübhələniblər.
Cinayət baş verən evə gələn polis qadının ətinin bir necə qazana yığıldığını tapıblar.
Qatil ər hadisə yerindən qaça bilsə də, polis bir müddət sonra onun meyitini tapıb. İntihar edən indoneziyalı kişinin transseksual fahişə olaraq işlədiyi ortaya çıxıb./anspress/