“Girov müqabilində sərbəst buraxılan Ermənistanın sabiq prezidenti Robert Köçəryan reabilitasiya müalicəsi ilə paralel olaraq aktiv görüşlər keçirir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
“O, artıq tərəfdarları ilə görüşərək ölkədəki vəziyyəti müzakirə edib. Keçmiş prezident Serj Sərkisyanla da görüşüb. İki keçmiş prezidentin münasibətləri mürəkkəbdir, ancaq başa düşürlər ki, fikir ayrılıqlarını unutmağın və bütün müxalifəti birləşdirərək ortaq bir fəaliyyət proqramı hazırlamağın vaxtı gəlib”, - məlumatda qeyd edilib.