24 İyun 2020 17:00
2 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqtonun Ukraynaya görə tətbiq etdiyi sanksiyalar Çin əsas oyunçuya çevrildiyi üçün Rusiyadan daha çox Amerikaya zərər verir”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı analitik Kristian Uiton deyib.

Ekspert hesab edir ki, ABŞ bu reallığı tanımalı və Moskva ilə münasibətləri davam etdirməlidir:

“Rusiya Prezidenti Vladimir Putinin hansı reytinqə layiq görülməsindən asılı olmayaraq, ölkəsinin dünyadakı yeri barədə düşünür. Amerikalılar başa düşürlər ki, xüsusilə Çinlə uzanan münaqişə getdikcə böyüdüyündən bu barədə də fikirləşməlidirlər. Moskvada Nasist Almaniyası üzərində Qələbənin 75-ci ildönümünün qeyd olunması ərəfəsində Rusiya Prezidenti Vladimir Putin “National Interest” jurnalında geniş məqalə dərc etdi. Burada o, Sovet İttifaqının bu müharibədəki böyük itkiləri, o cümlədən 27 milyon Sovet vətəndaşının ölümü haqqında danışdı və Hitlerlə sövdələşən Sovet rəhbərliyinə haqq qazandırdı. Putinə görə, bu, müdafiənin təşkili baxımından vaxt qazanmaq üçün ona lazım idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər