Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada faşizm üzərində qələbənin 75 illiyinə həsr edilən parad zamanı müharibə veteranı ilə söhbət edib.
Teleqraf.com xəbər verir ki, yayılan videokadrlardan tribunada müharibə veteranı ilə söhbəti zamanı A.Lukaşenkonun ağladığı görünüb.
Belarus liderinin müharibə veteranı ilə nələr danışdığı məlum deyil, lakin prezident təsirlənərək göz yaşlarını silməyə başlayıb.