25 İyun 2020 13:56
3 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə koronavirusun müalicəsində istifadə olunacaq “Favipiravir” adlı dərman yerli müəssisələrdə istehsal edilib.

Teleqraf.com xəbər verir ki, bu uğura Ərdoğanın göstərişi ilə qurulan 32 elm adamından ibarət qrup imza atıb.

Məlumatda dərmanın hazırlanmasının 40 günə başa gəldiyi bildirilib.

Dərmanın yerli versiyası artıq Sənaye və texnologiya naziri Mustafa Varank tərəfindən ictimaiyyətə təqdim edilib.

“Favipiravir” haqda danışan professor Mustafa Gözəl dərmanın koronavirusdan sağalmanı sürətləndirdiyini bildirib: “Bir dostum koronavirusa yoluxdu və çox ağır keçirdi. Onu bu dərman ayağa qaldırdı, virusa qarşı çox təsirlidir və dərhal reaksiya verir”.

O, koronavirus peyvəndi haqda da danışıb, bunun ən tez 2021-ci ildə hazır olacağını deyib.

Yaponlar tərəfindən kəşf olunan “Favipiravir” 2014-cü ildən bəri bir çox ölkələrdə satışdadır. Viruslara qarşı mübarizə aparan “Favipiravir”in sınaqlarda əks-effekti müşahidə olunmayıb və koronavirusun müalicəsinə müsbət təsir göstərdiyi Çin hökuməti tərəfindən açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər