Ermənistanda son bir sutkada koronavirusa yeni yoluxanların sayı 771 nəfər olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, son sutka ərzində ölkədə virusdan 12 nəfər ölüb.
Ümumi yoluxanların sayı 22 min 488 nəfər, ölənlərin sayı isə 397 nəfərdir. Hazırda müalicə alanların sayı 10 625 nəfərdir.
Ölənlər arasında ən cavanı 44 yaşlı qadındır.