Fələstinin “Həmas” hərəkatının hərbi qanadı “İzzəddin əl-Qəssam” Birqadası Qərbi Şəriyyə və İordan Vadisinin İsrailə ilhaq edilməsini “savaş” kimi qəbul edəcəklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “AFP” agentliyi məlumat yayıb.
Açıqlamada qeyd edilib ki, ilhaq baş tutsa, İsrail peşman ediləcək. Açıqlamanı verən birqadanın sözçüsü Əbu Übeydə deyib: “Çox danışmayacağıq. Bu işğalın arxasında dayananların başa düşəcəyi dillə deyirik: bunu Fələstin xalqına savaş elanı kimi qəbul edirik. Bu savaşda xalqımızı müdafiə edəcəyik və müqavimət göstərəcəyik”.