Türkiyədə son sutka ərzində 1458 yeni yoluxma faktı qeydə alınıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
Nazirin sözlərinə görə, Türkiyədə bu gün 21 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 5046, yoluxanlar isə 193 min 115 nəfərə çatıb.
Türkiyədə indiyədək 165 min 706 xəstə sağalaraq evə buraxılıb.