26 İyun 2020 16:13
3 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyadakı Bəşər Əsəd rejiminə qarşı tətbiq etdiyi sanksiyaların mənfi təsirlərinə məruz qalmaması üçün YPG/PKK terror təşkilatına 21 milyon dollar maddi yardım ayırıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, maddi vəsaitlərin terror təşkilatına təqdim edildiyi bildirilib.

Məlumatda YPK/PKK-ya ABŞ-dan edilən hərbi və maddi yardımların davam etdiriləcəyi vədinin verildiyi iddia olunub.

Faktı ABŞ liderliyindəki Anti-İŞİD koaliyasının mətbuat xidməti də təsdiq edib. Koalisiyasının açıqlamasında YPG-nin sanksiyaların mənfi təsirlərinə məruz qalmaması üçün 1.2 milyon dollar maddi vəsaitin verildiyi deyilir.

ABŞ Dövləti Departamenti isə yayılan məlumatları təkzib edib və terror təşkilatlarına hansısa yardım edilmədiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər