Muzdlu döyüşçü və “Pantsir” hava hücumundan müdafiə sistemləri daşıyan rus təyyarələri Suriyanın Sirtə şəhərindəki Əl-Girdabiyyə hərbi bazasına enib.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Silahlı Qüvvələri məlumat yayıb. Məlumatda rus təyyarələrinin qiyamçı Haftar ordusunun nəzarətində olan hərbi bazaya 11 reys həyata keçirdiyi bildirilib.
Silahlı Qüvvələrin zabiti, general Əbdüləhdi Dirah muzdluların və raket sistemlərinin “Antonov” və “İlyuşin” yük təyyarələri ilə gətirildiyini açıqlayıb. O, bazaya ümumilikdə 6 “Pantsir” sisteminin və xeyli sayda muzdlu döyüşçünün göndərildiyini iddia edib. Liviyanın yerli media qurumları Rusiyanın bu addımını son zamanlarda qiyamçı orduya ağır zərbələr endirən hökumət qüvvələri və müttəfiqi Türkiyəyə qarşı əks həmlə olduğunu yazıb.