Türkiyədə istehsal olunan “Kaplan” və “Pars” tank əleyhinə sistemlərin uğurlu sınaqları Yunanıstanda narahatlıqla izlənilir.
Teleqraf.com xəbər verir ki, 26 sistemin Türkiyə Silahlı Qüvvələrinin istismarına verilməsi qonşu ölkədə “işğal” narahatlığına yol açıb.
Türkiyənin yerli hərbi sənayesinin məhsulları yunan mediasında “Türkiyə Meriçdən girib bizi işğal edə bilərmi?” başlığı ilə manşetlərə daşınıb.
Yunanıstanda fəaliyyət göstərən “Penta Postagma” adlı xəbər saytı “Kaplan”ın nümayişini “Türkiyə hazırlaşır” kimi şərh edib. Türkiyənin Yunanıstanın işğalına hazırlaşdığını iddia edən sayt, az qala “həyəcan” komandası verib.