27 İyun 2020 16:54
2 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada dövlət yoxdur, bunun əvəzinə çox sayda məmur var”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti, indi isə Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili deyib.

“Ukraynada bir dövlət yoxdur. Ukraynada mövcud olmayan bir dövlətin adından çıxış edən vəzifəli şəxslər var. Çünki dövlət hamı üçün ədaləti təmin edən, hamını qoruyan bir anlayışdır. Ukraynada bu varmı? Ukraynada ancaq çox sayda vəzifəlilər, bu vəzifəli şəxslərin hər qrupunun öz patronu var”, - komitə rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, müəyyən bir qrupa mənsub olmaq çox şey deməkdir, amma bu olmamalıdır: “Dövlət haradadır? Dövlət yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər