Qırğızıstan Hökuməti Aparatının 26 əməkdaşında koronavirus aşkar olunub.
Teleqraf.com bu ölkənin xəbər verir ki, onların arasında Baş Nazirin müşavirlərindən biri Artyom Novikov və Hökumət sədrinin köməkçisi də var.
Hökumət Aparatının rəhbəri Taalaybek Temiraliyev bu şəxslərlə ünsiyyətdə olduğu üçün özünütəcrid rejimində işləyir. Hökumət Aparatında çalışan əməkdaşların əksəriyyəti həkim nəzarətində ev karantininə göndərilib.
Xatırladırıq ki, son sutka ərzində ölkədə rekord sayda - 309 şəxs koronavirusa yoluxub.