Ötən sutka ərzində Çində 24 yeni koronavirusa yoluxma faktı aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, Çinin Dövlət Səhiyyə Komitəsi onlardan 17-nin aktiv koronavirus xəstəsi və yeddisinin asimptomatik daşıyıcı olduğu barədə məlumat yayıb.
Qeyd edək ki, 2019-cu ilin dekabr ayından bəri Çində 4 634 nəfər koronavirusdan həyatını itirib. 83,5 min aktiv infeksiya hadisəsi qeydə alınıb, onlardan 1 902 nəfəri xaricdən gətirilib.