Diyarbəkirin Çinar, Əğil, Ergani, Dəclə, Xanı, Hazro, Kocaköy və Kulp rayonlarında komendant saatı sabah saat 6:00-a qədər uzadılıb.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Diyarbəkir meriyasından məlumat verilib. Verilən məlumatlara görə, buna səbəb şəhərdə əmin-amanlığın bərpası, vətəndaşların təhlükəsizliinin təmin edilməsidir.
Komendant saatı təhlükəsizlik, səhiyyə, yanğınsöndürmə, su, qaz, elektrik, nəqliyyatda çalışanlardan başqa bütün dövlət işçilərinə şamil olunub.
Qeyd edək ki, Diyarbəkir İcra Hakimiyyəti Kobaninin İŞİD tərəfindən işğalına etiraz etmək üçün Türkiyədə başlayan və iki gündür davam edən aksiyalar zamanı yaranan iğtişaşlar səbəbilə oktyabrın 8-də komendant saatı elan edib.
Samir