28 İyun 2020 16:09
2 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani yeni növ koronavirusla mübarizə çərçivəsində bütün ölkə ərazisində qapalı məkanlarda maskalardan istifadənin məcburi olacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ruhani iyulun 5-dən etibarən iki həftə ərzində qapalı məkan və izdihamlı yerlərdə maska ​​taxılmasının zəruri olduğunu söyləyib.

Onun sözlərinə görə, yoluxmaların sayı artan templə davam edərsə, qərar avqust ayında da qüvvədə olacaq. İran Prezidenti səlahiyyətli qurumlara məsələni diqqətdə saxlamağı tövsiyə edib.

Ruhani COVID-19 pandemiyası və iqtisadi sanksiyalara görə 2020-ci ilin ölkəsi üçün çətin il olduğunu deyib: "Bu mürəkkəb dönəmdən birlik və həmrəyliklə çıxacağıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər