28 İyun 2020 16:55
2 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsədin 16 yaşlı qızına sevgi mesajları göndərən hərbçi yoxa çıxıb.

Teleqraf.com xəbər verir ki, sosial mediada Əsədin qızı Zeynüşşama aşiq olduğunu yazan Yezin Sultani adlı hərbçi paylaşımından sonra itib.
Sultani paylaşdığı videoda "Səni sevirəm, mən səninəm, sən də mənimsən" qeydini yazıb.

"İndependent"in yaydığı məlumata görə, Yezin Sultani digər videosunda "Sənin üçün hər şeyi edərəm, yaxın da olsa, uzaq da olsa, əl çəkməyəcəyəm" sözlərini deyib.

Əsədin qızı ilə evlənmək istəyən Sultaninin başına gələnlər barədə hərbçi yoldaşları məlumatsız olduqlarını bildiriblər. Yerli televiziya kanalına danışan başqa bir yoldaşı Yezin Sultaninin Əsəd qüvvələri tərəfindən tutulduğunu iddia edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər