28 İyun 2020 22:23
3 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin dövlətinin başçısı Mahmud Abbas ABŞ Dövlət katibi Mayk Pompeonun telefon görüşü tələbini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Mahmud Abbas ötən həftə İsrail və ABŞ rəsmiləri arasında ilhaqla əlaqədar sıx telefon görüşləri vaxtı ona zəng etmək istəyən Pompeonun təklifini geri çevirib.

Əlavə edək ki, İsrail hökuməti bundan əvvəl Qərbi Şəriyyə və İordan Vadisini ilhaq edəcəklərini açıqlayıb. Bu, Fələstin hökuməti tərəfindən sərt etirazla qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər