29 İyun 2020 00:45
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 097 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 356 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 197 239 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 413 nəfər olmaqla 170 595 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər