Dünyanın aparıcı alt paltarı istehsalçılarından biri “Victoria's Secret” Honkonqdakı mağazasını bağlayıb.
Teleqraf.com xəbər verir ki, son iki ildə maddi cəhətdən çökən “Victoria's Secret” mağazalarını may ayından etibarən bağlamağa başlamışdı.
Məşhur marka fevral ayında “L Brands”, “Sycamore Partners”la 525 milyon dollarlıq razılaşma ilə 55 faizlik səhmini satıb. Hazırda çətin anlar yaşayan marka, Honkonqdakı flaqman mağazasını təxminən iki il əvvəl açmışdı.
Mütəxəssislər məşhur markanın koronavirusa “yenildi”yini deyir.