29 İyun 2020 22:40
2 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın yeni qadın prezidenti Katerina Sakellaropulu Türkiyənin işğal edilmiş Eşşək adasına gəlib.

Teleqraf.com xəbər verir ki, xanım dövlət başçısının səfərə gəldiyi ada Türkiyənin Aydın bölgəsinin ərazisi hesab edilir.

Sakellaropulunun Egey dənizindəki adaya helikopterlə gəldiyi bildirilib. Prezidentin işğal bölgəsində 4 saat qalacağı bildirilib.

Türk mediası yunan prezidentin səfərini “təhrikedici” və “dostluqdan uzaq” adlandırıb.

Əlavə edək ki, ada beynəlxalq müqavilələr çərçivəsində Türkiyə ərazisi kimi tanınıb. Bölgə 16 ildir yunan ordusunun nəzarəti altındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər