30 İyun 2020 11:36
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasından sətəlcəm diaqnozu ilə xəstəxanaya köçürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə təhlükəsizlik xidməti məlumat yayıb.

Bildirilir ki, Atambayev iyunun 29-da səhhətindən şikayət edib, bununla əlaqədar COVID-19 üçün testlərdən keçib. Ancaq testin nəticəsi mənfi olub.

Elə həmin gün həkimlərin onlayn müşavirəsi keçirilib. Bundan sonra ona sətəlcəm diaqnozu qoyulub. Bununla əlaqədar həkimlərin məsləhəti ilə Atambayevin stasionar müalicə üçün xəstəxanaya köçürülməsi barədə qərar qəbul edilib.

Qırğızıstan Sosial-Demokrat partiyasının lideri Atambayev, 2017-ci ildə prezident seçkilərinin nəticələrinə görə hakimiyyəti öz varisi və ən yaxın müttəfiqi Sooronbay Jeenbekova təhvil verib. Ancaq qısa müddətdən sonra eks-prezidentin komandasının üzvlərinə qarşı cinayət işi açılıb. Atambayev keçmiş prezident statusundan məhrum edilib və ağır cinayətlərdə ittiham olunub. Eks-prezident dəfələrlə ona qarşı irəli sürülən bütün ittihamların siyasi xarakter daşıdığını bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər