30 İyun 2020 15:58
2 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl Argentinanın paytaxtı Buenos-Ayresdə bir şəxs avtomobilini sürətlə Çin səfirliyinin inzibati binasının qapısına çırpıb. Həbs edilən həmin şəxsin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) COVID-19 pandemiyasının arxasında olduğunu dediyi və Çindən dəstək istədiyi iddia edilib.

Teleqraf.com xatırladır ki, sözügedən şəxs avtomobilini Çin səfirliyinin çıxış qapısına vurub.

Çin səfirliyi hadisə zamanı yaralanan olmadığını, amma səfirliyinin çıxış qapısına ziyan dəydiyini açıqlayıb.

Olayla əlaqədar olaraq çoxlu sayda polis hadisə yerinə gedib və səfirliyin yerləşdiyi küçə avtomobillərin hərəkəti üçün qapadılıb. Yerli media səfirliyin qapısını avtomobili ilə vuran şəxsin saxlanıldığını və onun 24 yaşlı Kaston Sanda olduğunu yazıb.

AFR agentliyinə danışan Argentina Xarici İşlər Nazirliyinin rəsmisi Sandanın hadisədən əvvəl Çin səfirliyinə gedərək rəsmilərlə görüşmək istədiyini, amma bu istəyin rədd olunduğunu deyib.

Hadisə yerində olan şahidlərin sözlərinə görə, Sanda avtomobildə bomba olduğunu deyib. Amma araşdırmadan sonra polis avtomobildə partlayıcı maddəyə rast gəlməyib.

Yerli qaynaqlar Sandanın Çindən yardım istədiyini, əlində koronavirusla bağlı informasiya olduğunu iddia edib.

Polisdəki mənbələr Sandanın universitetdə tələbə yoldaşlarına göndərdiyi videonun olduğunu təsdiq edib.

İddiaya görə, videoda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin qlobal COVID-19 pandemiyasında rolu olduğunu deyən Sanda “Koronavirusla bağlı həqiqətləri bilirəm. Çin səfirliyinin dəstəyinə ehtiyacım var. Xahiş edirəm bu videonu onlara çatdırın” ifadələrini işlədir.

Hazırda Argentina polisi gəncin xarici ölkə səfirliyi önündə keçirdiyi tədbirlə bağlı araşdırma aparır.


Müəllif: Cavad

Oxşar xəbərlər