8 Oktyabr 2014 12:22
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta prezident Barak Obamanın Yaxın Şərqdə hərbi siyasət kursunu itirdiyini deyib.

Teleqraf.com amerikaninsesi.org-a istinadən xəbər verir ki, Panetta bu barədə “Ləyaqətli döyüşlər: Müharibə və sülh dövründə liderlik” adlı yeni kitabında yazıb. O, Obamanın lider kimi deyil, hüquq professorunun məntiqi ilə hərəkət etdiyini bildirib.

Panetta Obamanın «Əl-Qaidə» lideri, terrorçu Usama Bin Ladenin qətlinə qərar verməsini alqışlayıb. Lakin o, ABŞ liderinin «İslam Dövləti» qrupunun hücumlarının genişləndiyi İraq və Suriya ilə bağlı siyasətində səhvlərin olduğunu bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər