Avropa İttifaqı iyulun 1-dən etibarən 14 ölkə ilə sərhədlərin açılması prosesinə başlayacaq.
Teleqraf.com-un məlumatına görə, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Həmin ölkələrin siyahısına Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay daxildir.
Sənəddə qeyd olunur ki, Çin Aİ vətəndaşları üçün sərhədləri açacağı təqdirdə bu siyahıya daxil ediləcək.
Rusiya və ABŞ-la sərhədlərin açılması məsələsi hələlik gündəmdə deyil.