1 İyul 2020 12:33
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nyu York Tayms” qəzeti radikal “Taliban” hərəkatının Əfqanıstandakı ABŞ hərbçilərinə hücumlarda Rusiyanın iştirak etməsinə dair yeni material dərc edib.

Teleqraf.com-un məlumatına görə, məqalə müəllifləri qeyd edirlər ki, Amerika məmurları Rusiya kəşfiyyatına məxsus olan hesabdan “Taliban”la əlaqəli hesaba maliyyə köçürülməsinə dair elektron məlumatlar ələ keçiriblər.

Beləliklə, jurnalistlər bu qənaətə gəliblər ki, məlum fakt Əfqanıstanda ABŞ hərbçilərini qətlə yetirən yaraqlıların Rusiya tərəfindən maliyyələşdirilməsinin sübutudur.

Bundan əvvəl “Nyu York Tayms” qəzeti mənbələrə istinadən Rusiya hərbi kəşfiyyatının Əfqanıstanda Amerika əsgərlərinə hücumlara görə “Taliban”la əlaqəli yaraqlılara mükafat təklif etdiyini iddia edən ilk məqalə dərc etmişdi.

Az sonra Rusiya Xarici İşlər Nazirliyi bu məqaləni “əsassız tullantı” adlandırmışdı. Öz növbəsində ABŞ Prezidenti Donald Tramp da məqaləni “sifarişli” adlandırmışdı. “Taliban” sözçüsü isə hərəkatın qəzetin iddialarını “qəti şəkildə rədd etdiyini” söyləmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər