Ermənistanın Metsamor Atom Elektrik Stansiyası plan-xəbərdarlıq tədbirlərinin görülməsi üçün 65 gün müddətinə fəaliyyətini dayandırıb.
Bu barədə stansiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, böyük həcmli təmir işlərinin görülməsi məqsədi ilə AES-in fəaliyyəti dayandırılıb.
Beləliklə, stansiya 2020-ci il iyulun 1-i saat 00.00-dan 65 gün müddətinə - 2020-ci il sentyabrın 3-dək işləməyəcək./report/