1 İyul 2020 19:13
2 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qara dəniz Donanmasının “Su-27” qırıcıları bu su hövzəsi üzərində ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarələrinin uçuşlarını müşayiət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya tərəfi məlumat yayıb.

Məlumatda bildirilib ki, iyulun 1-də Cənubi Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarələrinin Qara dəniz üzərində hərəkətlərini aşkar edib. Manevrlər Rusiya qırıcıları tərəfindən müşayiət olunub. Rusiya sərhədinə yaxınlaşan hava hədəfi davamlı olaraq, radar izləmə vasitələri ilə müşayiət edilib.

Qeyd edilib ki, “Su-27”lər hava hədəfinə yaxınlaşıb və kəşfiyyat təyyarəsi “RC-135W Rivet”in ABŞ Hava Qüvvələrinə aid olduğunu müəyyənləşdirib. Bundan sonra qırıcıların Rusiya sərhədlərinə daxil olmasına imkan verilməyib.

Məlumatda qeyd edilib ki, Rusiya Federasiyasının dövlət sərhədi ilə bağlı heç bir pozuntu baş verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu