2 İyul 2020 01:16
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirusa yoluxma hallarının sayı 10,3 milyonu keçib, 506 mindən çox insan vəfat edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adрanom Qebreyesus bildirib.

Baş direktor bildirib: "Ümumdünya Səhiyyə Təşkilatına 10,3 milyondan çox yoluxma halları, 506 mindən çox insanın öldüyü haqqında məlumatlar gəlib".

T.A.Qebreyesus qeyd edib ki, son bir həftə ərzində gündə yeni yoluxma hallarının sayı 160 mini keçib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bir çox ölkələrdə pandemiya tədbirlərinin ləğv edilməsi səbəbindən koronavirusa yeni yoluxma hallarını aşkar edilməsini istisna etmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər