2 İyul 2020 12:15
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nyu York Tayms” qəzeti Rusiya ilə radikal “Taliban” yaraqlıları arasındakı işbirliyinə dair daha bir məqalə yayımlayıb.

Teleqraf.com xəbər verir ki, məqalədə Rusiya ilə “Taliban” arasında anlaşma əldə olunmasına vasitəçilik edən şəxsin adı çəkilib. Məqalədə kəşfiyyat məlumatlarına və əfqan rəsmilərinə istinad edilərək narkotik qaçaqmalçısı Rahmat Əzizidən söhbət getdiyi bildirilir.

Bundan əvvəl “Nyu York Tayms” qəzeti mənbələrə istinadən Rusiya hərbi kəşfiyyatının Əfqanıstandakı Amerika əsgərlərinə hücumlara görə “Taliban”la əlaqəli yaraqlılara mükafat təklif etdiyini iddia edən ilk məqalə dərc etmişdi.

Az sonra Rusiya Xarici İşlər Nazirliyi bu məqaləni “əsassız tullantı” adlandırmışdı. Nazirlik qeyd etmişdi ki, bu, “Amerika kəşfiyyatından olan təbliğatçıların aşağı intellektual qabiliyyətini” əyani şəkildə göstərir.

ABŞ Prezidenti Donald Tramp da öz növbəsində məqaləni “sifarişli” adlandırmışdı.

“Taliban” sözçüsü isə hərəkatın qəzetin iddialarını “qəti şəkildə rədd etdiyini” söyləmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər