2 İyul 2020 14:19
2 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pxenyan və Seul arasındakı son gərginliyin arxasından Şimali Koreyanın birinci xanımı Ri Sol Junun yarıçılpaq fotoları çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyinin yaydığı məlumatda bildirilib.

Səfirliyin məlumatında qeyd edilib ki, bir neçə həftə əvvəl Cənubi Koreya ilə sərhədlərdən Şimali Koreyaya atılan broşürlərdə ölkə lideri Kim Çen Inın həyat yoldaşının münasib olmayan şəkildə əks olunması, tərəflər arasındakı gərginliyi savaş həddinə gətirib.

Məlumatda Cənubi Koreya tərəfinin addımlarının Şimali Koreya rəhbərini qəzəbləndirdiyi bildirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Şimali Koreyanın birinci xanımının yarıçılpaq fotoları yer alır. Səfirliyə görə, bu fotolar ötən il çap olunsa da, bu ilin may ayında üzə çıxarılıb.

Əlavə edək ki, broşürlərin atılmasından sonra Şimali Koreya Cənubi Koreyanın sözügedən ərazilərdəki rabitə qovşağını partladıb.


Müəllif: Mənsur Rəğbətoğlu