2 İyul 2020 17:08
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Səmərqənd şəhərində tibbi ədəbiyyatlarda nadir hallarda rast gəlinən hadisə yaşanıb. İki bədənin bir vücudda inkişaf etdiyi ikibaşlı körpə doğulub.

Teleqraf.com-un xəbərinə görə, cüt başlı körpənin doğulduğu barədə Dilşod Rəhmonov məlumat verib.

Həkim bildirib ki, iki bədən bir vücudda inkişaf edib: "Tibb dilində bunlar siam əkizləridir. Hazırda körpə reanimasiya mərkəzimizdə nəzarətdədir. Körpənin daxili orqanları cütdür, yalnız cinsiyyət orqanı təkdir. Yeni doğulan körpənin iki başı var”.

Dilşod Rəhmonov ailənin bu vəziyyət barədə doğuşdan əvvəl məlumatlı olduğunu deyib: “Hər 220 mində bir rast gəlinən nadir haldır. Körpənin 30-50 yaşa qədər yaşaması mümkündür. İşimiz bir az daha mürəkkəbdir. İki bədən tək bir vücudda inkişaf edib. Bu səbəbdən ətraflı yoxlama aparmalıyıq".


Müəllif: Yeganə Oqtayqızı