Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib.
Teleqraf.com xəbər verir ki, səfər zamanı paytaxt Dohanın mərkəzi küçələrində iki ölkənin bayraqları dalğalanıb.
Ərdoğan ilə Qətər əmiri Şeyx Temim bin Hamed Al Sani arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, bölgədə baş verən proseslər müzakirə olunub.
Qeyd edək ki, bu, pandemiya dövründə Ərdoğanın ilk xarici səfəridir.