Türkiyədə son sutkada koronavirusdan daha 17 ölüm qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, ölkədə koronavirus qurbanlarının sayı 5 167 nəfərə çatıb.
Bu gün koronavirusa 1 186 yeni yoluxma aşkarlanıb. Bununla da Türkiyədə COVID-19 xəstələrinin sayı 202 284 nəfərə yüksəlıb.
Nazir qeyd edib ki, son sutka ərzində 1 543 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 176 695 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.