Finlandiyanın Rusiyadakı səfiri Mikko Hautala Ağ Evin keçmiş müşaviri Con Boltonun iddialarının doğruluğuna şübhə edir və Amerika Prezidenti Donald Trampın ölkəsi ilə bağlı səsləndirdiyi fikirlərlə maraqlandığını bildirib.
Teleqraf.com xəbər verir ki, səfir bu barədə "RİA Novosti"yə açıqlamasında danışıb.
“Boltonun iddiası ilə tanış oldum, amma bu, doğru deyil. Bu, cəfəngiyatdır. Əvvəlcə Tramp səhv etmirəmsə, 1992-ci ildə ilk dəfə Finlandiyaya səfər edib. Üç il əvvəl, müstəqilliyimizin yüz illiyini qeyd etdiyimiz zaman o, Finlandiya və finləri bu ildönümü ilə əlaqədar şifahi şəkildə, danışdıqlarını başa düşməyə imkan verən aydın və qısa dildə təbrik etdi.
Bütün bunlardan sonra o, Oval ofisdə Prezident Ninistonu qəbul etdi və mən orada onun simasında bir “rus qubernatoru”nu görmədim. Yüz faiz əminəm ki, o, kiminlə görüşdüyünü bilir. Bunu ABŞ prezidenti ilə danışıqlar aparmaq təcrübəmizə əsaslanaraq deyirəm”, - Hautala qeyd edib.
Con Bolton yeni nəşr olunan kitabında Trampın Finlandiyanın Rusiyanın bir hissəsi olduğunu iddia etdiyini bildirib.
Bundan sonra Tramp keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu yalan danışmaqda ittiham edib. Onun sözlərinə görə, Boltonun məqsədi ABŞ prezidentini ləkələməkdir.