Korona adlı əyləncəli partilər təşkil edən gənclər virusa yoluxan ilk şəxsi pulla mükafatlandırıblar.
Teleqraf.com xəbər verir ki, inanılmaz hadisə ABŞ-ın Alabama əyalətində Taskalusa şəhərində olub.
Bir qrup gənc öz aralarında əylənmək üçün bu üsulu icad edib. Gənclər koronavirus testi müsbət çıxan bir insanı təşkil etdikləri məclisə çağıraraq əylənir, məclisdən sonra testdən keçirlər. Yoluxan şəxsə partidə toplanan pul mükafat olaraq verilir.
Şəhər rəhbərliyindən Sonya Makkanstr bunun əvvəlcə şayiə olduğunu düşündüklərini deyib: “Araşdırmalarımız nəticəsində tək həkimlərdə deyil, eyni zamanda dövlət rəsmilərində də oxşar məlumatlar olduğunu gördük. Son həftələr ərzində gənclərin belə əyləncə məclisləri təşkil etdikləri aşkarlandı”.
Qeyd edək ki, bu günə qədər Alabamada 39 minə yaxın yoluxma qeydə alınıb, 1000-ə yaxın insan vəfat edib.