3 İyul 2020 10:44
3 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki terrorçu rejimin “xarici işlər naziri” ABŞ Konqresinin bir qrup üzvünə təşəkkür məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Terrorçu rejimin nümayəndəsi minnətdarlıq hissi ilə qeyd edib ki, 2019-cu ilin oktyabrında Vaşinqtonda keçirilən görüşlərdən sonra Konqres üzvləri ABŞ-ın bölgədə yaşayan insanlara humanitar yardım etməsi üçün ardıcıl səy göstərirlər.

Mayilyan məktubunda son onilliklərdə ABŞ hökumətinin Qarabağdakı terrorçu rejimə ardıcıl yardımlar göstərdiyini açıq şəkildə dilə gətirib.

O, ABŞ-ın “HALO Turst” şirkətinin işğal edilmiş bölgənin minalardan təmizlədiyinə də diqqət çəkib.

ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ABŞ-ın hökumət səviyyəsində terrorçu rejimə yardım ayırması indinin məsələsi deyil. Hələ I Qarabağ savaşında işğala məruz qalan Azərbaycana silah embarqosu tətbiq edən ABŞ kağız üzərində ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, həmişə əməldə Minsk qrupunun digər üzvləri – Fransa və Rusiya kimi təcavüzkarın yanında olduğunu nümayiş etdirib.


Müəllif: Mənsur Rəğbətoğlu